SON XƏBƏRLƏR

Fransa vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq etdi

2022.06.12, 10:26
Fransa vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq etdi

Gunaz.tv

Sosial media kanallarında yayılan məlumata görə, Amerika və Kanadadan sonra, Fransa Xarici İşlər Nazirliyi də İranla bağlı qırmızı elan verərək, öz vətəndaşlarını İrana səyahətdən çəkinməyə çağırıb.

Qeyd edək ki, bundan öncə K anada hökuməti öz vətəndaşlarını İranla bağlı xəbərdarlıq edib. Hökumət “təhlükəsizlik vəziyyəti, terror bölgələrinin təhlükəsi və özbaşına saxlanma ehtimalı” səbəbindən İrana səfərdən çəkinməyə çağırıb.

Bununla yanaşı Amerika Dövlət Departamenti iyunun 9-da vətəndaşlarına müraciət edərək onları İrana səfər etməməyi tapışırıb. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar