Nazirlik xəbərdarlığında İranda olan Fransa vətəndaşlarından mümkün qədər diqqətli olmalarını istəyib.
Fransa Xarici İşlər Nazirliyinin bu xəbərdarlığında İranın xəritəsi tamamilə təhlükəliliyini əks etdirən qırmızı rəngdə verilib.
Bir neçə gün öncə İran məhkəməsi Məşhədin Adilabad zindanında saxlanılan fransalı turist Benjamin Breyer barədə 8 il 8 ay həbs cəzası barədə qərar çıxarıb.
Qeyd edək ki, bundan öncə İrandakı hakim rejimin insan oğurluğu, qanunsuz və özbaşına həbsləri və digər səbəblərdən bir sıra ölkələr, o cümlədən Amerika, Kanada və İsveç öz vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
Cavidan