SON XƏBƏRLƏR

Rəsmi Bağdad İranı beynəlxalq məhkəməyə verir

2022.04.22, 09:35
Rəsmi Bağdad İranı beynəlxalq məhkəməyə verir

Gunaz.tv

İraqın Su Ehtiyatları naziri bu ölkənin su yollarının İran tərəfindən bağlanmasına görə İrana qarşı beynəlxalq şikayətin hazırlandığını açıqlayıb.

“İran İraqla paylaşılan su axınlarının 90%-nin qarşısını kəsib, onların yataqlarını dəyişib və  İraqdakı quraqlığı kompensasiya etmək üçün əməkdaşlıq etməkdən imtina edir”-deyə, iraqlı nazir Rəşid əl Həmdani bildirib.

Onun sözlərinə görə, İran hökumətinin İraqla sərhəddə qanunsuz bəndlər tikərək suları ölkənin mərkəzi bölgələrinə yönəltməsi nəricəsində İraqda su ehtiyatları 50% azalıb.

Nazir İran tərəfindən sərhəd çaylarından suyun başqa istiqamətə yönəldilməsi üçün qazılan tunel barədə məlumat əldə ettdiklərini və İraq Xarici İşlər Nazirliyi İranla su problemini araşdırmağa çalışdığını söyləyib.

İraq 2003-cü ildən bəri İranın beynəlxalq qaydalara zidd su siyasəti, xüsusən də ümumi çaylardan yatağının dəyişdirilməsi, bu çaylar üzərində nəhəng bəndlər tikməsi səbəbindən ciddi su çatışmazlığı ilə üzləşib. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar