Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, bu səhər Türkiyə Milli Müdafiə Nazirliyi hərbçisinin eyni bölgədə şəhid olduğunu açıqlamışdı.
Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.
PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir. (report)
Ayxan