SON XƏBƏRLƏR

Ərbil hava limanı İran təyyarəsinin enişinə icazə verməyib

2022.07.05, 03:35
Ərbil hava limanı İran təyyarəsinin enişinə icazə verməyib

Gunaz.tv

"Puya" Hava Şirkətinə məxsus bu yük təyyarəsi bazar ertəsi Urmu hava limanından Ərbilə uçmuşdu.

Ərbil hava limanının müdiri Əhməd Huşyar "Radio Farda"-ya bildirib ki, təyyarəyə eniş icazəsi verilməməsi "Puya Air"-in hüquqi prosedurları tam yerinə yetirməməsi ilə bağlı olub.

"Bir neçə gün əvvəl İran aviaşirkəti öz təyyarəsini Ərbil hava limanına endirmək üçün müraciət edib. Onlara dedik ki, əvvəlcə hüquqi rəsmiləşdirmələri yerinə yetirsinlər, sonra təyyarənin enməsinə icazə verəcəyik"-deyə, o bildirib.

Huşyar İran təyyarəsinin hüquqi hazırlıqların heç birini yerinə yetirmədən qəfildən Ərbil səmasına girdiyi üçün enişinə icazə vermədiklərini söyləyib.

İraqın Kürdüstan bölgəsindəki Ərbil və Süleymaniyyə hava limanlarından adətən İranın müxtəlif şirkətlərinə məxsus  təyyarələr istifadə edir. Bu ilk dəfədir ki, İran təyyarəsinin bu hava limanlarından birinə enişinə icazə verilmir.

2012-ci ilin martında Amerika Maliyyə Nazirliyi Puya Air-i silah daşınmasına görə sanksiya siyahısına salıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar