SON XƏBƏRLƏR

"İranın daxili işlərimizə müdaxilə cəhdi yolverilməzdir"- İraqın xarici işlər naziri

2022.06.14, 04:45
"İranın daxili işlərimizə müdaxilə cəhdi yolverilməzdir"- İraqın xarici işlər naziri

Gunaz.tv

Fuad Hüseyn bildirib ki, İraq İranla əməkdaşlıq etmək fikrindədir, lakin istədiyi odur ki, Tehran bu ölkənin daxili işlərinə müdaxilə etməsin. 

Nazirin sözlərinə görə, İraqın İranla münasibətləri artıq sükut mərhələsindən açıq danışmaq mərhələsinə keçib. 

"İran dərk etməlidir ki, biz dost və qonşu olaraq qalmaqla əməkdaşlıq edəcəyik, lakin İranın ölkəmizin daxili işlərinə qarışması qəbuledilməzdir", - deyə İraqın xarici işlər naziri bəyan edib.

İraqın xarici işlər naziri İran İslam Respublikasının siyasi və ideoloji baxımdan Tehran rejimi ilə uzlaşan bir sıra İraq şiə qruplarına açıq və gizli dəstəyinə işarə edir.

Bəziləri qabaqcıl silahlarla təchiz edilmiş İraq şiə qrupları ilə Tehran hökumətinin əlaqələri Qasım Süleymaninin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə komandanlığı dövründə möhkəmlənib və onun öldürülməsindən sonra iki il yarım davam edib.

İki ölkə arasında münasibətlər son aylarda SEPAH-ın İraq Kürdüstanının bəzi bölgələrinə raket zərbələri endirməsindən sonra gərginləşib.

Bağdad İran rəsmilərinin İsrailin kəşfiyyat xidməti olan "Mossad"ın İraq Kürdüstanında mövcudluğu və təsiri ilə bağlı iddialarını rədd edib. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar