SON XƏBƏRLƏR

SEPAH İraqın Eynül-Əsəd hərbi bazasına qarşı hücumun məsuliyyətini öz üzərinə götürüb

2022.01.07, 13:35
SEPAH İraqın Eynül-Əsəd hərbi bazasına qarşı hücumun məsuliyyətini öz üzərinə götürüb

Gunaz.tv

İranın İraqdakı yarımhərbi qüvvələrinin əli Amerika hərbi müstışarlarının qərarlaşdığı “Eynül-Əsəd” hərbi bazasına hücumlar həyata keçirdiyinə eyham vuran Təngsiri yanvarın 6-da mediaya açıqlamasında deyib ki, bununla da İran İraqdakı Amerika hərbi qüvvələrinə açıq bir cavab vermiş olub.

“Eynül-Əsəd hərbi bazasının hədəfə almaq bizim amerikalılara cavabımızın bir nümunəsidir”, -deyə SEPAH dəniz qüvvələrinin komandanı Əli Təngsiri bildirib. 

Əlirza Təngsiri daha sonra Amerikanın regiondakı, o cümlədən də körfəzdəki qüvvələrini təhdid edərək, İranın özünə qarşı təhlükə hiss etdiyi təqdirdə Hörmüz boğazını bağlayacağını yenidən təkrar edib. 

Yayılan məlumata görə, son iki gündə İraqın “Eynül-Əsəd” hərbi bazası bir neçə dəfə raket və naməlum pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. 

Xatırladaq ki, “DAEŞ-ə Qarşı Beynəlxalq Koalisiya” yanvarın 4-də bəyanat yayaraq İraqın Əl-Ənbar əyalətində yerləşən “Eynül- Əsəd” hərbi bazasını hədəfə alan iki intiharçı pilotsuz uçuş aparatını göydə məhv etdiyindən xəbər verib. 

Qeyd edək ki, İraqda Amerika hərbçilərinə qarşı yeni hücumlar, SEPAH terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı, məşhur terrorçu Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında hava zərbələri nəticəsində məhv edilməsinin ikinci ildönümünə təsadüf edib.

بخشی از لاشه‌های یک پهپاد در نزدیکی عین الاسد - ۴ ژانویه ۲۰۲۲

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar