SON XƏBƏRLƏR

İraq İrandan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib

2022.07.25, 09:37
İraq İrandan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib

Gunaz.tv

İran Meyvə Satıcıları Birliyinin başçısı Müctəba Şadlı, son günlər ölkədə meyvə-tərəvəz satışının 30 faiz azaldığını və bununla yanaşı İraq dövlətinin İrandan bir sıra kənd təsərrüfatı mallarının idxalına qadağa tətbiq etdiyini deyib.

İranın bir sıra kənd təsərrüfatı malları yetişdirilməsində qeyri-standart gübrələrdən istifadə edildiyi və keyfiyyətsizliyinə görə, bir neçə bölgə ölkəsi tərəfindən alınmır.

"İlna" xəbər agentliyinin verdiyi məlumata görə, Müctəba Şadlu son 30 ildə bağların salınmasına əhəmiyyət verilsə də, onların məhsullarının satışı və ixracı barədə düzgün plan hazırlanmadığını qeyd edib.

O, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı olmasına görə, daxili satışın az olduğunu, xarici bazarlarda isə məhsullara alıcı cəlbində problemlər yaşandığını bildirib.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar