SON XƏBƏRLƏR

İraq İran vətəndaşlarına viza verilməsini dayandırdı

2022.09.10, 08:40
İraq İran vətəndaşlarına viza verilməsini dayandırdı

Gunaz.tv

Bu barədə İran mediası xəbər yayıb. 

Bunun iki ölkə sərhəddində on minlərlə ziyarətçinin qeyri-müəyyən vəziyyətdə yığılıb qalmasına səbəb olduğunu yazan İran mətbuatı, Bağdad hökumətinin bu addımını Amerika, İsrail və Ərəbistanın göstərişi ilə atdığını iddia edib.

Bundan öncə sentyabrın 9-da İranın pasport idarəsinin rəsmisi bu gündən etibarən xüsusi Ərbəin pasportlarının verilməsinin dayandırıldığını qeyd edərək, İraq sərhədlərinə doğru hərəkət edən iranlılardan öz şəhərlərinə qayıtmağı istəyib.

Məhəmməd Şərəfi əlavə edib ki, "diplomatik səylərə və fəaliyyətlərə" baxmayaraq, əlverişli şəraitin təmin edilməsi "İraq tərəfdən mümkün olmayıb".

Halbuki, İranın bir sıra rəsmiləri daha öncə Ərbəin mərasimi üçün İraqa gedən iranlıların sayının “5 milyon nəfərə” çatacağını təxmin etmişdilər.

İran "Ərbəin" yürüşündən özünün ideolojik təbliğat vasitəsi kimi istifadə etdiyi üçün bu ölkənin müstəqil siyasi partiyaları İraq hökumətinə Tehranın ideolojik savaşına qarşı tədbir görməsini tələb edirlər.

Onlar Tehran hakimiyyətinin din və ziyarət adı altında İraqda nüfuzunu artırmaq, bu ölkənin daxili işlərinə qarışmaq cəhdlərini  zərərsizləşdirmək üçün İraq hakimiyyətinə təzyiq göstərirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar