SON XƏBƏRLƏR

İraq Türkiyədən PUA alacaq- Bağdad rus qırıcılarından imtina etdi

2021.12.06, 09:42
İraq Türkiyədən PUA alacaq- Bağdad rus qırıcılarından imtina etdi

Gunaz.tv

Bu barədə xəbər yayan rus mediası qeyd edib ki, İraq Müdafiə Nazirliyi ölkənin hava məkanını qorumaq üçün Rusiya istehsalı olan MİQ-29 qırıcısı almaq niyyətində olub.

Hətta bu məqsədlə Rusiya ilə danışıqlar da aparılıb.

Lakin İraqın rus qırıcıları ilə maraqlanması ABŞ-ın diqqətini çəkib və Vaşinqtonun təpkisinə görə Bağdad rus qırıcıları almaqdan vaz keçib.

Xəbərdə qeyd edilir ki, rus qırıcıları almaq qərarını təxirə salan İraq Türkiyədən "Bayraqdar TB2" dronları almaq niyyətindədir.

“İraq rəsmiləri Türkiyədən 100 milyon dollarlıq "Bayraqdar TB2" dronu almaq üçün razılığa gəlib”, - rus mediası iddia edib.

Bu məbləğdə Türkiyədən 20 ədəd "Bayraqdar TB2" dronu almağı planlaşdırdığı İraqın PUA-lardan İraq-Suriya sərhədini, İraqın dağlıq bölgələri və çöllərində istifadə edəcəyi güman edilir. (teleqraf.com)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar