SON XƏBƏRLƏR

Sərhəddə rəzalət: İraq sərhədçiləri iranlı sürücülərə təcavüz edib-AUDİO

2022.06.18, 09:17
Sərhəddə rəzalət: İraq sərhədçiləri iranlı sürücülərə təcavüz edib-AUDİO

Gunaz.tv

Bu barədə Sürücülərin Ümumölkə Koordinasiya Birliyi bəyanat yayıb.

Bəyanatda İran hökuməti və əlaqədar məsulların bununla bağlı heç bir addım atmadığı bildirilir.

“Bütün sürücü və nəqliyyat sahəsində çalışanlardan bu əmələ qarşı cavab verməyi,  İraqa yük daşımalarını dayandırmağı, bununlada onlara layiqli dərs verməyi istəyirik”-deyə, bəyanatda bildirilib. 

Hadisə ilə bağlı paylaşım edən sürücülərdən biri, hadisənin iranlı sürücülərlə iraql sərhədçilər arasında yaranan mübahisədən sonra baş verdiyini deyib.

O, hal-hazırda İnqilab keşikçiləri Korpusunun və İran Təhlükəsizlik və Kəşfiyyat nazirliyinin bir sıra əməkdaşlarının Sumar məntəqəsinə göndərildiklərini qeyd edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar