SON XƏBƏRLƏR

İraq və Suriyadan Azərbaycana qaytarılan uşaqların sayı açıqlanıb

2022.02.01, 10:00
İraq və Suriyadan Azərbaycana qaytarılan uşaqların sayı açıqlanıb

Gunaz.tv

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə deyib.

Sədrin sözlərinə görə, onlardan 340 nəfəri uşaq, 18 nəfəri isə qadınlardır: "Ötən il ümumilikdə 81 nəfər vətəndaşımız qeyd olunan ölkələrdən repatriasiya olunub ki, onlardan da 49 nəfəri Agentliyin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib.

Agentliyinin sosial işçiləri tərəfindən onlarla müvafiq psixo-sosial reabilitasiya işləri aparılıb və bu proses davam etdirilir".

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq İdarələri və Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları, həmçinin bu ailələrə sosial fəstək göstərilməsi üçün 3 sosial işçidən ibarət səyyar qruplar yaradılıb və onlar tərəfindən Bakı və qəsəbələrində, Sumqayıt və Abşeronda yaşayan 87 repatriant uşaqların ailələrindən 79-a səfərlər təşkil edilib:

"Bu səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınıb və müvafiq dəstək göstərilməsi üçün tədbirlər görülüb. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin edilməsi üçün tədbirlər davam etdirilir".

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar