SON XƏBƏRLƏR

İraqda iranlıları daşıyan avtobus partlayıb-Ölənlər var

2022.09.11, 11:35
İraqda iranlıları daşıyan avtobus partlayıb-Ölənlər var

Gunaz.tv

Onun dediyinə görə, İraqın Babul əyalətinin Şumlu şəhərində "Ərbəin" ziyarətçilərini daşıyan avtobus partlayıb.

11 nəfərin öldüyünü və 30 nəfərin yaralandığını deyən Hüseyn Kulivənd ölü və yaralılar arasında iranlıların olduğunu bildirib.

Partlayışın yanacaq doldurma məntəqəsində baş verdiyini deyən Qızıl Aypara Cəmiyyətinin başçısı hələlik ölənlərin kimliyinin dəqiqləşdirilmədiyini qeyd edib.

Bununla yanaşı Qızıl Aypara Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Baş İdarəsinin rəisi Əşkan Musəvi İraqın Hillə əyalətində iranlıları daşıyan daha bir avtobusun aşdığını, 4 nəfərin öldüyü və 10 nəfərin yaralandığını bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar