SON XƏBƏRLƏR

İraqda İranın dəstəklədiyi qüvvələr Amerika səfirliyinə raket atıb: 1 qadın və 2 uşaq yaralanıb

2022.01.14, 09:51
İraqda İranın dəstəklədiyi qüvvələr Amerika səfirliyinə raket atıb: 1 qadın və 2 uşaq yaralanıb

Gunaz.tv

İraq ordusunun bununla bağlı yaydığı bəyanatında bildirilir ki, raketlərdən ikisi Amerika səfirliyinin hava hücumundan müdafiə sistemi tərəfindən göydə vursa da, üçüncü raket paytaxt Bağdadda hökumət binaları və xarici səfirliklərin yerləşdiyi “Yaşıl zona” da Amerika səfirliyinə  yaxın olan ibtidai məktəblərdən birinə düşüb.

Bildirilir ki, raketin məktəbə düşməsi nəticəsində bir qadın və iki uşaq yaralanıb.

Hadisədən az sonra İraq prezidenti Bərhəm Saleh İrana bağlı radikal şiə qruplaşmalarının ölkəsindəki xarici diplomatik korpuslarına qarşı raket hücumunu “Cinayətkarcasına terror aktı” adlandıraraq, terrorçuların bu kimi hücumlarla İraqın milli mənafeyinə və onun beynəlxalq imicinə zərbə vurmağa çalışdığını bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar