SON XƏBƏRLƏR

İraqdakı iranlılar xüsusi uçaqla geri qaytarılacaq

2022.08.30, 06:25
İraqdakı iranlılar xüsusi uçaqla geri qaytarılacaq

Gunaz.tv

İran Aviasiya Təşkilatının yaydığı məlumata görə, qurum İraqda olan iranlıların xüsusi uçuşlarla ölkəyə geri qaytarılmalarına çalışır.

İran Mülki Aviasiya Təşkilatının Aviasiya və Beynəlxalq Əlaqələr üzrə sədr müavini Həsən Xoşxunun dediyinə görə, hazırda Bağdad hava limanına toplaşan iranlıların oradan çıxarılması üçün tədbirlər görülür.

Bununla yanaşı İranın Yol Təşkilatının Sərnişin Daşımaları İdarəsinin başçısı Baqir Cavan İraq istiqamətinə bütün avtobus səfərlərinin ləğv edildiyini, sərhəd keçid məntəqələrində olan iranlıların geri qaytarıldığını açıqlayıb.

İran Dəmir Yolu Şirkəti də oxşar bəyanat yayaraq avqustun 30-da Tehran-Kərbəla qatarının hərəkətinin ləğv edildiyini və növbəti bildirişə qədər qatarların hərəkətinin tamamilə dayandırıldığını qeyd edib.

İran Xarici İşlər Nazirliyi isə bəyanatında İranın İraqdakı səfirliyinin Bağdad, samira və Kazimeyn şəhərlərinə getməmələri barədə xəbərdarlıq bildirişi yaydığını deyib.

Qeyd edək ki, avqustun 29-da İraqın paytaxtı Bağdadda günorta saatlarından başlayan iğtişaşlar nəticəsində 35 nəfərin öldüyü, 400 nəfərin yaralandığı bildirilir.

Sədr hərəkatının başçısı Müqtəda əs-Sədrin tərəfdarları İrana qarşı şüarlar səsləndirir, bu ölkənin İraqın daxili işlərinə qarışmalarına etiraz edirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar