SON XƏBƏRLƏR

Rasim Ağayev: “Tehran Azərbaycan faktorunu heç vaxt unutmamalıdır”

2021.10.20, 07:36
Rasim Ağayev: “Tehran Azərbaycan faktorunu heç vaxt unutmamalıdır”

Gunaz.tv

GünAz TV: "Hakimiyyətə inqilab yolu ilə gəlmiş əksər rejimlər kimi, İran rəhbərliyi də inqilabı ölkədən kənara da yaymağa çalışır".

Bunu politoloq (siyasi şərhçi) Rasim Ağayev Day.Az saytına açıqlamasında İran KİV-də (kütləvi informasiya vasitələri) aparılan antiazərbaycan təbliğatına münasibət bildirərkən söyləyib. O, hesab edir ki, İran hakimiyyəti özünü müsəlman dünyasının ideoloji lideri sayır.

"Əhalisinin əksəriyyəti şiə olan Suriya və İraq kimi ölkələrə İranın təsiri çox böyükdür, - deyə R.Ağayev bildirib. - Azərbaycan cəmiyyətinin bəzi seqmentlərində (hissə, təbəqə) də İranın təsiri hiss olunur. Tehran ölkədən kənarda ideoloji ekspansiya (toseə) ilə məşğul olur. Məqsəd islam inqilabının yayılmasıdır. Bəzi məqamlarda bu ideoloji ekspansiya daha aqressiv (saldırqan, mühacim) xarakter (mahiyyət) alır. Ola bilsin ki, hazırda məhz belə kritik (böhrani) məqamdır".

Politoloq Azərbaycanın bir çox dövlətlərlə münasibət qurduğunu xatırladıb:

"Məsələn, bizim İsraillə yaxşı münasibətimiz var. Bəli, bu, İranı qane etmir. Tehran istəyir ki, biz başqa siyasət yürüdək. Amma o, özünün hansı çətin durumda olduğunu unutmamalıdır. İrana qarşı beynəlxalq koalisiya (etilaf, birlik) yaranır. Bəzi ekspertlər (karşünaslar) İrana qarşı hərbi əməliyyatların başlanılmasının vacibliyini də bildirirlər. Məsələn, Zbiqnev Bjezinski İranın parçalanacağı Yaxın Şərq layihəsi haqda açıq danışır".

R.Ağayev hesab edir ki, bu baxımdan Tehran Azərbaycan faktorunu heç vaxt unutmamalıdır.  Bu baxımdan rəsmi Tehran İran KİV-nin yaydığı məlumatlarla bağlı Bakı ilə daha dayanıqlı anlaşma əldə etməlidir. Düşünürəm ki, bu məsələdə ortaq məxrəcə gəlmək olar".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar