SON XƏBƏRLƏR

Rasim Musabəyov: Rusiya Azərbaycan qazından əl çəkmək fikrində deyil.MÜSAHİBƏ

2021.10.20, 07:36
Rasim Musabəyov: Rusiya Azərbaycan qazından əl çəkmək fikrində deyil.MÜSAHİBƏ

Gunaz.tv
Rusiya Azərbaycan qazından əl çəkmək fikrində deyil rasim_musabekov.jpg Rasim Musabəyov: «Azərbaycan bütün qazını Rusiya vasitəsilə dünya bazarına çıxartsa, bu aslılıq yaradacaq» Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfəri müxtəlif cür şərh edilir. Onlardan biri səfərin məqsədinin Azərbaycan qazının bazar qiymətinə alaraq, Avropa üçün enerji sahəsində problem yaratmaqdır. Yəni belə görünür ki, Azərbaycan artıq bir neçə aydır ki, ciddi müzakirələrin aparıldığı bir sıra enerji layihələriylə bağlı konkret mövqe bildirməlidir. Mövzuyla bağlı suallarımızı politoloq Rasim Musabəyova ünvanladıq. - Mətbuata açıqlamanızda bildirmisiniz ki, Rusiya Azərbaycan qazını almaqda israrlıdır. Sizcə bu israrın arxasında nə dayanır? - Rusiya Azərbaycan qazını almaqla, faktiki olaraq onun Gürcüstandan keçməsinin qarşısını alır. Hələ Azərbaycanın əlavə qaz yataqlarından əldə olunan qazın nəqli üçün ya Bakı-Ərzurum kəməri genişləndirilməli, ya da “Nabukko” layihəsi reallaşdırılmalıdır. Amma Rusiyanın bu istiqamətdə kifayət qədər böyük infrastrukturu var. Belə olan halda həmin qazı əlverişli qiymətlə almaq Rusiyanın maraqlarına cavab verir. Digər tərəfdən bu müəyyən mənada Azərbaycanı vadar edəcək ki, Rusiya ilə qiymət siyasətini yaxınlaşdırsın. Bütün bunlarla yanaşı Azərbaycanın Rusiya ilə ciddi problemləri də var. Bunların sırasında ilk növbədə Qarabağ problemini göstərmək olar. Amma bununla belə Rusiyanın təklifi öyrənilməmiş tam rədd olunmamalıdır. Azərbaycan Rusiyaya da qaz sata bilər. - Bəzi ekspertlərdən fərqli olaraq siz hesab edirsiniz ki, Rusiyanın Azərbaycana təzyiq mexanizmi kimi Qarabağ münaqişəsini alovlandırmaqdan başqa çıxış yolu yoxdur. Amma hazırkı durumda isə bu mümkün deyil. Başqa bir fikrə görə, Rusiya təzyiq vasitəsi kimi bu ölkədə yaşayan azərbaycanlılardan istifadə edə bilər... - Azərbaycanlılara təzyiq edərək onları Rusiyadan sıxışdırmaq yoluyla çinlilərə, əfqanlara imkan yaratmaq olar. Amma o da nəzərə alınmalıdır ki, Rusiya-Gürcüstan münasibətləri pik həddinə çatanda bu ölkədə yaşayan 1 milyon gürcüdən yalnız 20 mini Rusiyadan çıxarıldı. Yəni Cənubi Qafqaz ölkələrinə təzyiqdə bu rıçaq da o qədər böyük fayda verə bilməz. Amma azərbaycanlıları sıxışdırmaq Rusiyanın hazırkı demoqrafik vəziyyəti baxımından Moskvaya sərf etmir. - Rusiyanın Azərbaycan qazını almaqda məqsədi yalnız Gürcüstanı sıxışdırmaqdır, yoxsa? - Əslində Azərbaycan qazını bazar qiymətinə almaq deyiləndə bu heç də o demək deyil ki, Rusiya təbii qazı Avropaya satdığı 400 dollara alacaq. Amma Rusiya bu günlər digər postsovet ölkələrindən - Qazaxıstandan, Türkmənistandan qazı 250 dollara almağa hazırdır. Azərbaycanla bağlı qiymət də bu rəqəmin ətrafındadır. Əslində Rusiyanın bu mövqeyi Azərbaycan qazının dəyərini bir qədər də artırır. Rusiya hazırda Azərbaycan qazının dünya bazarına məhz Rusiya vasitəsilə çıxmasında maraqlıdır. Bu zaman Rusiya öz qiymət siyasətini Avropaya qarşı istədiyi kimi həyata keçirə biləcək. Nəticədə də Rusiyanın əlavə gəlir əldə etmək imkanı olacaq. Amma Azərbaycan bütün qazını Rusiya vasitəsilə dünya bazarına çıxartsa bu asılılıq yaradacaq. Müəyyən miqdarını Rusiyanın kəmərlərindən istifadə edərək dünya bazarına çıxartsa, bu o qədər də böyük problem yaratmayacaq. - Bir sıra ekspertlər düşünür ki, Azərbaycan Rusiyaya “yox” deyəcək. Sizcə, bu addımdan sonra Rusiyanın Azərbaycana qarşı münasibəti necə olacaq? - Azərbaycan Rusiyanın təkliflərinə nə birmənalı “hə”, nə də birmənalı “yox” deyəcək. Azərbaycanın Rusiya ilə qaz almaqla bağlı uzun müddətli kontraktı var idi. Orada bir qiymət yazılmışdı və Rusiya da öz başına həmin qiyməti qaldırmışdı. Nəticədə də Azərbaycan həmin müqavilədən çıxdı. Azərbaycanın Rusiyadan elə də böyük asılılığı yoxdur. Xəyal azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar