“Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin bağlanış mərasimi keçirilib

05.10.2022, 08:36

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilən “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin bağlanış mərasimi keçirilib. 

Gunaz.tv Quote | Gunaz article

Suraxanı Gəmi muzeyində təşkil edilən mərasimdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov, proqram iştirakçıları, media nümayəndələri və təşkilatçılar iştirak ediblər. 

Tədbiri açıq elan edən Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Röyal İsmayılov layihənin proqramının uğurla yekunlaşdığını vurğulayıb və dəstəyi olan hər kəsə təşəkkürünü bildirib. 

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev proqramı uğurla bitirdikləri üçün iştirakçıları təbrik edib və bildirib ki, geri dönərkən təəssüratlarınızda Azərbaycanın xüsusi rolu və yeri olacağına əminik.

Bu gün Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr təkcə bir xalqın deyil, regionun da inkişafında mühüm rol oynayır. 

Azərbaycan dünyada tanınan, müstəqil siyasəti olan bir ölkədir və gənclər siyasəti, onların təşəbbüslərinin dəstəklənməsi hər zaman ölkə siyasəti üçün prioritet olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək bildirib ki, Erasmus+ proqramı əsasən Avropa ölkələri olmaqla, dünyanın bir çox ölkələrində müxtəlif sosial mövzularda layihələrin təşkilini ehtiva edən əsas beynəlxalq sosial gənclik platformalarından biridir. 

Proqram ölkəmizdə də gənclər və gənclər təşkilatları arasında olduqca geniş rəğbət qazanmışdır və “Şuşa ili” çərçivəsində 100-dən artıq gəncə Azərbaycanın tarixi ədaləti bərpa etdikdən sonra regionda yaranan yeni reallıqlar haqqında məlumat vermək baxımından çox önəmlidir. 

Daha sonra çıxış edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov iştirakçılara uğurlar diləyib və bildirib ki, “Əziz gənclər əminəm ki, geri döndüyünüz ölkənizə Azərbaycandan qucaq dolu salamlar, xoş təəssüratlar aparırsınız.

Bu təəssüratlar hər zaman Sizə zəngin, çox əsirlik tarixə malik olan Azərbaycanı xatırladacaq”. 

Məlumat üçün bildiririk ki, “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin iştirakçıları Dövlət Miqrasiya Xidmətində, Gənclər Təşkilatlarının Resurs Mərkəzində olublar, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna, Suraxanı Gəmi muzeyinə,  Qobustan Qoruğuna, Qobustan kəndində “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə , “Şərq Bazarı” kompleksi və Heydər Əliyev Mərkəzinin parkına ekskursiya ediblər.

Ümumillikdə, Bakı şəhəri ilə tanışlıq və keçirilən görüşlərin hər biri proqram iştirakçılarında xoş təəssürat yaradıb. 

#QhtAgentliyi #NgoAgency #Azerbaijan #ErasmusPlus


Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan XİN İrana nota verib

2022-12-03

gun az article

Dövlət qurumları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji araşdırma aparmaq üçün mütəxəssislər göndərib

2022-12-03

gun az article

İran Rusiyadan iğtişaşlara qarşı avadanlıq almağı və müşavir göndərməyi xahiş edib

2022-12-03

gun az article

İranın keçmiş prezidentinin qızı Faizə Haşimi mühakimə olunub

2022-12-03

gun az article

Güneyli gənc barədə edam hökmü verilib 

2022-12-03

gun az article

Bolqarıstan Ukraynaya hərbi yardım ayırdı

2022-12-03

gun az article

ABŞ yeni strateji bombardmançı təyyarəsini təqdim edib

2022-12-03

gun az article

İranda öldürülən etirazçıların son sayı açıqlanıb

2022-12-03

gun az article

SEPAH yəhudi yazıçını terror etməyə cəhd edib

2022-12-03

gun az article

İranda daha bir jurnalist həbs edilib

2022-12-03

gun az article

Dekabrın 2-i gecə saatlarında etiraz aksiyaları davam edib

2022-12-03

gun az article

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Arəş Sadiqinin dərhal azad edilməsini istəyib

2022-12-03

gun az article

İranın baş prokuroru: "Virtual məkanı tamamilə bağlamalıyıq, bu isə mümkün deyil"

2022-12-03

gun az article

Qarabağa gəlmiş iranlı dəstə üzvlərinin adları - İran səfirliyinin diqqətinə!

2022-12-02

gun az article

Zahidanda etiraz aksiyaları başlayıb-Şəhər səmasında hərbi vertoliyotlar uçur

2022-12-02

gun az article

İranda türkmən fəallara qarşı təzyiqlər davam edir

2022-12-02

gun az article

İranın ticarət nazirinin müavininə sui-qəsd cəhdi olub

2022-12-02

gun az article

Ceyhun Bayramov Yunanıstanın XİN başçısı ilə görüşüb

2022-12-02

gun az article

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər ediblər

2022-12-02

gun az article

"İran iki həftə ərzində uranın 90 faiz zənginləşdirilməsinə nail ola bilər"-Benni Gantz

2022-12-02