SON XƏBƏRLƏR

"Traxtur"- "Persepolis" oyununda qarşıdurma- Qarşılaşma yarımçıq dayandırılıb-VIDEO

2022.05.19, 17:09
"Traxtur"- "Persepolis" oyununda qarşıdurma- Qarşılaşma yarımçıq dayandırılıb-VIDEO

Gunaz.tv

Təbrizin “Səhənd” stadionunda keçirilən oyun qarşıdurma ilə nəticələndiyi üçün yarımçıq saxlanılıb.

Stadiona toplaşan minlərlə "Traxtur" tərəfdarı “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarını səsləndirib.

"Traxtur" futbolçuları azarkeşlərə qarşı qeyri-etik əl hərəkətləri edən "Persepolis" oyunçularına etiraz ediblər.

Bir neçə futbolçu oyundan uzaqlaşdırılıb, qarşılaşma isə 72-ci dəqiqədə dayandırılıb.

Bir neçə dəqiqə fasilədən sonra yenidən başlayan oyun gərgin keçdiyi üçün hakimlər qarşılaşmasının ləğv olunmasına qərar veriblər.

Qeyd edək ki, iki komandanın qarşılaşması hər zaman həssaslıqla izlənilib və komandaların oyunlarında çox sayda polsi qüvvələri stadiona nəzarət ediblər.

Tehran mətbuatı bu qarşılaşma ilə bağlı yaydığı məlumatı “20 nəfərlik "Persepolis" ordusu Təbriz yolunda” başlığı ilə yayınlayıblar.

Müxalif təşkilatların media orqanları oyun sonrası tamaşaçıların etiraz aksiyası keçirəcəklərini, başqa əyalətlərdə bahalığa qarşı baş verən mitinqlərə dəstək olacaqları barədə məlumatlar yayıb, çağırışlar ediblər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar