Oyunun son dəqiqələrinə kimi qarşılaşmada hesab açılmayıb. 82-ci dəqiqədə meydana girən “Traxtur”un hücumçusu Məhəmməd Abbaszadə oyunun taleyini dəyişib.
83-cü dəqiqədə o, rəqib komandasına vurduğu qolla komandasına 3 xal qazandırıb.
Bununla da Təbriz komandası turnir cədvəlində iki pillə irəliləyərək 10-cu yerdə qərarlaşıb.
Bu “Traxtur” komandasının xorvatiyalı baş məşqçi Zvonimir Soldonun rəhbərliyi altında keçirdiyi ikinci görüşdür.
Bundan öncə noyabrın 19-unda İsfahanın "Nəqşi Cahan" staduonunda “Sepahan” komandası ilə baş tutan oyun heç-heçə başa çatmışdı.
C.E