SON XƏBƏRLƏR

“Traxtur” klubu dövlət şirkətinə verilir

2021.12.30, 11:56
“Traxtur” klubu dövlət şirkətinə verilir

Gunaz.tv

Bundan öncə 21-ci Premiyer Liqa yarışları ərəfəsində klubun dövlət şirkətinə veriləcəyi barədə söz-söhbətlər yayılmışdı.

Lakin klubun sahibi Məhəmmədrza Zunuzi yenidən kluba başçılığını davam etdirməyə razılıq verdi.

Bunun üstündən bir neçə ay keçməsi və klubun daha acınacaqlı duruma düşməsindən sonra Zunuzinin klubun dövlət şirkətinə verilməsi ilə razılaşdığı bildirilir.

Dekabrın 29-da İsfahanın “Zob Ahən” komandası ilə qarşılaşmada 1-0 hesabı ilə məğlub olan Təbriz klubu hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb və Premyer Liqa yarışlarından uzaqlaşdırılması riski yüksəkdir.

Uzun müddətdir “Traxtur” klubu daxilində baş verən çəkişmələr, ixtilaflar və klubun yüksək məbləğdə borcunun yaranması Asiyada ən çox tərəfdarı olan komandada böhran yaranmasına səbəb olub.

Tehranın "İstiqlal", "Perspolis", İsfahanın "Sepahan" və başqa mərkəzi əyalətlərin klublarına dövlət tərəfindən külli məbləğdə vəsait ayrıldığı halda Təbriz komandasına dəstək verilmir.

Bu, bir sıra azərbaycanlı millət vəkilləri, o cümlədən Əhmədrza Əlirzabeygi, Məsud Pezeşkiyan və Hüseyn Hatəminin etirazları iə qarşılaşıb.

Bundan bir müddət öncə Kəleybərin İran parlamentindəki nümayəndəsi Hüseyn Hatəmi “Traxtur” futbol klubuna qarşı olan ayrı-seçkiliyi tənqid edərək, Tehran klublarına dəstək verildiyini, lakin  “Traxtur"a qarşı diqqətsiz yanaşıldığını bildirib.

“Azərbaycan mədənlərinin zəngin ehtiyatlarından “Traxtur” klubuna maliyyə yardımı ayırın. Əks halda İdman naziri və Sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment məsələsini qaldıracağam”-deyə, bundan öncəki çıxışında millət vəkili xəbərdarlıq edib.

C.E
 

content_image_1640846890.png

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar