"Traxtur" futbol klubu son qarşılaşma ilə bağlı bəyanat yayıb

20.05.2022, 11:56

Təbrizin "Traxtur-Azərbaycan" futbol klubunun rəhbərliyi mayın 19-da Tehranın "Persepolis" komandası ilə keçirilən görüşlə bağlı bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda "Persepolis" komandasının oyunçusu Ümid Alişahın azarkeşlərə və "Traxtur" oyunçularına qarşı qeyri-etik davrandığı, gərginlik yaratmağa çalışdığı vurğulanıb, hakim ədalətsizliyi tənqid edilib. Qeyd olunub ki, hakim qeyri-etik hərəkətlər edən Ümid Alişahı meydandan uzaqlaşdırmalı idi.

“Təbriz stadionunda baş verənlərin "Traxtur" tərəfdarlarına heç bir aidiyyatı yoxdur. "Traxtur" tərəfdarları gərginlik yaradanları tanımır. Premiyer Liqa yarışlarının son həftələrində kimlərsə bilərəkdən, "Traxtur"a zərbə vurmaq üçün belə oyunlar qurur, tanınmaz şəxsləri "traxtur"çu kimi stadiona yollayırlar”-deyə, klubun bəyanatında bildirilib.

Bəyanatda "Persepolis" klubunun oyunçuları Ümid Alişah və Mehdi Turabinin azərbaycanlı tamaşaçıları təhqir etdikləri, onlara daş atdıqları qeyd olunub.

"Belə bir hərəkət dünyanın heç bir yerində görünməyib"-deyə, bəyanatda bildirilir.

Qeyd edək ki, Ümid Alişah bundan öncə də dəfələrlə qeyri-etik davranışlarına görə futbolçuların və azarkeşlərin tənqidləri ilə üzləşib.

"Traxtur" klubunun bəyanatında bildirilir ki, İran Futbol Federasiyası tərəfindən cəzasız qalan oyunçu qeyri-etik hərəkətlərini davam etdirir,

“"Traxtur" rəqib komandanın oyunçularının gərginliyə səbəb olan qeyri-etik, kobud və idmana yaraşmayan hərəkətlərini əks etdirən görüntüləri toplayaraq hakimlər heyətinə, hakimə və Futbol Federasiyasına təqdim edib və onlardan qəti addım gözləyir”-deyə, bəyanatda qeyd olunur.

Qeyd edək ki, mayın 19-da Təbrizin “Səhənd” (Yadiqari İmam) stadionunda "Traxtur" və Tehranın "Persepolis" komandaları arasında baş tutan qarşılaşma gərginlik yarandığı üçün yarımçıq dayandırılıb.

Tehran komandasının oyunçularının "Traxtur" tərəfdarlarına qarşı qeyri-etik davranışları oyunçular və stadiona toplaşanlar tərəfindən etirazlarla qarşılaşıb.

Cavidan 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tehranda polis zabiti intihar etdi

2022-07-05

gun az article

Tanınmış jurnalist Məsud Bastani prokurorluğa çağırılıb

2022-07-05

gun az article

İranlı fəallardan Belçika hökumətinə çağırış: "İran terrorçularını bağışlamayın"

2022-07-05

gun az article

İran Rusiya mallarını şimaldan cənuba tranzıt edəcək

2022-07-05

gun az article

Fransa vətəndaşlarına İrana səfərlə bağlı yenidən xəbərdarlıq edib

2022-07-05

gun az article

Azərbaycan və Britaniya nümayəndə heyətləri görüşdü

2022-07-05

gun az article

İtaliyada fövqəladə vəziyyət elan olundu

2022-07-05

gun az article

Səfir: "Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib"

2022-07-05

gun az article

İranlıların iraqlılar tərəfindən zorlanmasını ictimailəşdirən şəxs həbs olunub

2022-07-05

gun az article

Fars əyaləti valisinin su qıtlığı və hicabla bağlı çıxışı narazılıq doğurdu

2022-07-05

gun az article

SEPAH mediası Azərbaycanı ballistik raketlə təhdid etdi

2022-07-05

gun az article

Ərbil hava limanı İran təyyarəsinin enişinə icazə verməyib

2022-07-05

gun az article

Azərbaycanın xarici işlər naziri İran Prezidenti ilə görüşüb

2022-07-04

gun az article

Türkiyə XİN: Qaraqalpaqıstanda baş verənləri yaxından izləyirik

2022-07-04

gun az article

İranda məhkum sayı kəskin artıb

2022-07-04

gun az article

Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib

2022-07-04

gun az article

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

2022-07-04

gun az article

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib

2022-07-04

gun az article

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair sənəd sabah imzalanacaq

2022-07-04

gun az article

"İran Suriyada qətliam törədib"-Rəfsancaninin qızı

2022-07-04