SON XƏBƏRLƏR

“Traxtur”un baş məşqçisi hakim qərəzkarlığından şikayətləndi: "Penaltini təyin etmədi"

2021.12.21, 11:37
“Traxtur”un baş məşqçisi hakim qərəzkarlığından şikayətləndi: "Penaltini təyin etmədi"

Gunaz.tv

Zvonimir Soldo ölkə kubokunun 1/8 final mərhələsində keçirilən “Traxtur”-"Mis" görüşündə penalti epizodundan danışıb və hakimin ədalətli olmadığını bildirib. 

Qeyd edək ki, Təbriz klubu son oyunda Kirman əyalətinin Rəfsəncan şəhərinin “Mis” klubu ilə qarşılaşıb.

Oyunun hakimi “Traxtur”un haqlı penaltisini təyin etməyib. 

“120 dəqiqə oyun müddətində komanda yaxşı oyun nümayiş etdirdi. Oyunçular oyunu yaxşı idarə etdilər və onlara heç bir irad tuta bilmərəm.

Ancaq top rəqib komandanın futbolçusunun əlinə dəysə də, hakim xeyrimizə penaltı cəriməsi təyin etmədi”-deyə, Soldo bildirib. 

Qeyd edək ki, dekabrın 20-də yerli vaxtla saat 15:00-da Təbrizdə keçirilən qarşılaşmada 90 dəqiqə ərzində hesab açıqlmayıb. 

Oyuna əlavə olunan 30 dəqiqə ərzində də hesab açılmayıb. Nəticələri müəyyən etmək üçün penalti zərbələri ilə təyin edilib.

“Traxtur” 3-1 hesabı ilə məğlub olub. 

“Traxtur” klubunun rəhbərliyi Futbol Federasiyası və Liqa Təşkilatına məktub göndərərək oyun hakiminin buraxdığı səhvlərə etiraz edib.

Məktubda hakim qərəzkarlığından şikayət olunub. 

 

سولدو: 120 دقیقه حریف را کنترل کردیم اما در پنالتی شانس با ما یار نبود/داور یک پنالتی برای ما نگرفت

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar