SON XƏBƏRLƏR

"Qələbəni "Traxtur" azarkeşlərinə ithaf edirəm"-Qurban Berdiyev

2022.10.03, 08:20
"Qələbəni "Traxtur" azarkeşlərinə ithaf edirəm"-Qurban Berdiyev

Gunaz.tv

Oyun "Traxtur"un 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra Təbriz komandasının türkmənistanlı baş məşqçisi Qurban Berdiyev mətbuat konfransı keçirib.

"Bildiyiniz kimi çox ağır və çətin bir qarşılaşma oldu. "Traxtur" tərəfdarlarını təbrik edir, qələbəni onlara ithaf edirəm. Onlar hər zaman bizi dəstəkləyiblər",- deyə, Berdiyev bildirib.

Türkmənistanlı baş məşqçi "Perspolis" komandasının bir neçə oyunçusunun İran milli yığmasında oynadığını, komandanın imkanlarının daha geniş olduğunu söyləyib.

O, buna baxmayaraq "Traxtur"çuların əzmkarlığı nəticəsində qələbə qazandıqlarına görə məmnunluğunu bildirib.

Qeyd edək ki, hökumət tərəfindən himayə olunan və dövlət budcəsindən maliyyələşən  "Perspolis"in Təbriz klubuna məğlubiyyəti İran mediasında məyusluq və qısqanclıqla qarşılanıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar