SON XƏBƏRLƏR

Köynəyinə "Azərbaycan" yazılmış "Traxtur" tərəfdarı stadiona buraxılmayıb-VİDEO

2022.05.12, 06:36
Köynəyinə "Azərbaycan" yazılmış "Traxtur" tərəfdarı stadiona buraxılmayıb-VİDEO

Gunaz.tv

Klubun fanatı Abdulla Ənsari sosial mediada paylaşım edərək köynəyinin üzərində "Azərbaycan" sözü yazdırdığına görə stadiona buraxılmadığını deyib.

Onun sözlərinə görə, stadionua giriş bileti olmasına baxmayaraq polis məmurları köynəyini dəyişməsini, əks təqdirdə girişinə icazə verilməyəcəyini söyləyiblər.

“"Traxtur"un oyununu izləmək üçün 600 kilometr yol qət edərək Muğandan Təbrizə gəlmişdim.

Buna baxmayaraq köynəyimin üzərində Azərbaycan sözü olduğu üçün stadiona buraxılmadım”-deyə, Ənsari bildirib.

"Traxtur" fanatı köynəyi çıxarmadığı və stadiona girməyə israr etdiyi üçün polis məmurları və nəzarətçilər tərəfindən döyüldüyünü və üz nahiyəsindən yaralandığını deyib.

“Bu bir şey deyil. Təki qanımız Azərbaycan uğrunda axıdılsın. Azərbaycana canımız fəda”-deyə, Abdulla Ənsari növbəti oyunda da eyni köynəklə stadiona girməyə çalışacağını bildirib. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar