SON XƏBƏRLƏR

“Traxtur”dan vacib qələbə: Təbriz klubu "Neft"i məğlub etdi

2021.12.16, 09:37
“Traxtur”dan vacib qələbə: Təbriz klubu "Neft"i məğlub etdi

Gunaz.tv

Təbrizin “Traxtur” klubu Məscid Süleymanın “Neft” komandası ilə qarşılaşıb.  

Təbriz vaxtilə saat 15:00-da  “Bonyan Dizel” stadionunda baş tutan görüşdə “Traxtur” komandası rəqib qapısına iki qol vurub. 

Oyunun 14-də dəqiqəsində “Traxtur”un hücumçusu Rza Dehqani komandasının ilk qolunu vurub.

Uzatma dəqiqələrində hücumçumuz Saman Nəriman Cahan ikinci qolu vurub. 

Matç 2-0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb.

Bu oyundan sonra “Traxtur” 3 xal qazanaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar