SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda səhiyyə işçilərinin əmək hüquqları qorunmur: "Çoxunun əmək müqaviləsi yoxdur"

2021.12.16, 13:19
Qərbi Azərbaycanda səhiyyə işçilərinin əmək hüquqları qorunmur: "Çoxunun əmək müqaviləsi yoxdur"

Gunaz.tv

Məhəmmədəmin Vəlizadə media nümayəndələrinə verdiyi müsahibədə əyalətdə fəaliyyət göstərən tibb bacılarının yarıdan çoxunun iş təhlükəsizliyi barədə təminatlarının olmadığını deyib. 

“Qərbi Azərbaycan əyalətində çalışan 3985 tibb bacısının yalnız 1517 nəfəri rəsmi şəkildə işə qəbul olunub və yerdə qalanlar müvəqqəti müqavilələr və layihələr əsasında işə götürülüb”-deyə, Vəlizadə bildirib. 

O, bununla yanaşı əyalətdə səhiyyə işçiləri və tibb bacılarının çatışmadığını, ortalama standarda görə hər çarpayı üçün iki tibb bacısı nəzərdə tutulduğu halda bunun Qərbi Azərbaycanda hər çarpayı üçün bir tibb bacısı olduğunu qeyd edib. 

 

Açıklama yok.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar