Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri yanvarın 23-də məlumat yayıb.
Fransa agentliyinin Bəhreyndə qərarlaşan Beşinci ABŞ Donanmasına istinadən yaydığı məlumatında bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri saxladıqları İran gəmisində kənd təsərrüfatında istifadə olunmaq yanaşı həm də partlayıcı maddələrin hazırlanmasında istifadə olunan 40 ton (36,300 kq) karbamid gübrəsi aşkarlayaraq götürüblər.
ABŞ Hərbi Dəniz Qüvvələri gəminin İrandan yola çıxdığını və əvvəllər Yəməndəki husi üsyançılarına silah-sursat qaçaqmalçılığı üçün istifadə edilən marşrut üzrə hərəkət edərkən saxlandığını bildirib.
Məlumatda İran gəmisinin gövdəsində neçə nəfərin olması və onların saxlanılıb-saxlanılmaması açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-ın regiondakı Hərbi Dəniz Qüvvələri bundan əvvəl də Yəməndəki yaraqlı şiə qruplaşmalarına silah-sursat daşıyan bir neçə İran gəmisini saxlayıb.
A.M