SON XƏBƏRLƏR

Hərbi prokuror Qurban Məmmədovu "ermənilərin maşası” adlandırdı

2021.11.01, 10:16
Hərbi prokuror Qurban Məmmədovu  "ermənilərin maşası” adlandırdı

Gunaz.tv

O bildirib ki, Qurban Məmmədov və onun kimilər bu gün də ermənilərin maşasıdır.

X.Vəliyevin sözlərinə görə, Qurban Məmmədov və bir qrup şəxs 2017-ci ildə baş vermiş hadisələri tamamilə əsassız şəkildə gündəmə salmağa cəhd edilər.

"Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov özü hüquqşünasdır və çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən müasir qanunvericiliyi olan Azərbaycanda hər şey qanunla həll olunur.

İstər dövlətə xəyanətdə ittiham olunanlar, istərsə də həmin şəxslərə və digərlərinə qarşı qanunsuz işgəncə verən şəxslər haqda çıxarılmış hökmlər qanunidir".


Hərbi Prokuror onu da bildirib ki, "Tərtər işi" çərçivəsində təkcə işgəncə işi üzrə 102-103 nəfərə qarşı fiziki zorakılıq tədbirləri müəyyən olunub:


"Yalnız təqsirləndirilən şəxslər deyil, digər şəxslərə qarşı da bu cür təzyiqlər olub. İstintaqın gedişində bəzi şəxsləri məsuliyyətə almışdıq, lakin sonradan məlum oldu ki, onların günahı yoxdur. Demək istədiyim odur ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb və zənn edirəm ki, buna da nail olub". (modern.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar