SON XƏBƏRLƏR

Qərbi Azərbaycan bəndlərində suyun həcmi azalıb

2021.11.22, 14:18
Qərbi Azərbaycan bəndlərində suyun həcmi azalıb

Gunaz.tv

Yasir Rəhbərdin əyalət üzrə su anbarlarında suyun həcminin ötən ilin oxşar dövrünə nisbətdə 27% azaldığını deyib.

O, Qərbi Azərbaycanın 13 su anbarında hal-hazırda mövcud olan su miqdarının 5-6 milyon kubmetr olduğunu qeyd edib.

Rəhbərdin eyni halda Urmu gölünün su həcminin azaldığını, hazırda gölündə suyun səviyyəsi 1270.57 metr təşkil etdiyini və ilin eyni dövrü ilə müqayisədə 63 santimetr azaldığı barədə məlumat verib.

Onu sözlərinə görə, hal-hazırda Urmu gölünün sahəsi 1835 kvadrat kilometrədir və bu 3 ötən illə müqayisədə 1653 kvadrat kilometrə azalıb.

Eyni halda o, göldə su miqdarının bir il mmüddətində 2 milyard kubmetr azalaraq 2 milyard 480 milyon kubmetrə qədər azaldığını bildirib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar