SON XƏBƏRLƏR

Qərbi Azərbaycan kəndlərinin internet problemi: Məktəblilər təhsildən geri qalır

2021.10.20, 07:36
Qərbi Azərbaycan kəndlərinin internet problemi: Məktəblilər təhsildən geri qalır

Gunaz.tv

Məktəbli və öyrəncilərin təhsil alması çətinləşib. 

Qeyd edək ki, hazırda bir çox bölgələrdə dərslər əsasən onlayn keçirilir.

İnternetin olmaması Bukan kəndlərində şagirdlərin təhsildən geri qalmalarına səbəb olur.

Bukanın İran parlamentindəki nümayəndəsi Ənvər Həbibzadə parlamentdəki çıxışında bu problemdən bəhs edib. O, bildirib ki, 180 bölgə kəndinin yalnız yarısında internetə çıxış var.

“Sosial və mədəni bilikləri inkişaf etdirmək və bölgə əhalisinin məşğulluq vəziyyətini yaxşılaşdırmaq üçün dərhal internetə çıxış təmin edilməlidir”-deyə, Ənvər Həbibzadə Rabitə nazirinə müraciət edib.

Millət vəkili bununla yanaşı Bukan mahalının çoxsaylı problemlərindən birinin də içməli su çatışmazlığı olduğunu vurğulayıb.

Həbibzadə su qaynaqlarından istifadədə yarıtmaz fəaliyyətlərin mövcudluğunu deyərək, Energi Nazirliyinin fəaliyyətinin qənaətbəxş olmadığını bildirib. 

 

نماینده بوکان: دسترسی روستاهای بوکان به اینترنت باید با اولویت دنبال شود -  ایسنا

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar