SON XƏBƏRLƏR

SEPAH generalından Türkiyə ilə bağlı xəbərdarlıq

2021.11.04, 11:57
SEPAH generalından Türkiyə ilə bağlı xəbərdarlıq

Gunaz.tv

O, Qərbi Azərbaycan əyalətində İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) vasitəsilə “mədəniyyət qərargahı”nın yaradılmasını təklif edib. Onun fikrincə bu qurum yaradılması və başına cümə imamının gətirilməsi xaricdən olan mədəni təsirlərin qarşısının alınması üçün vacibdir.

Şahsuvari Urmu şəhərində Türkiyə universitetlərində təhsilin təbliği ilə bağlı çox sayda təbliğat lövhələri və banerlərinin olmasını tənqid edib.

General bunun qarşısının alınması üçün bələdiyyə başçısı Hüseyn Mehdizadəyə səslənib.

“Hər şəhərin başçısı bələdiyyə sədridir və sədr bu məsələlərinin tənzimlənməsində, bu sayaq işlərin qarşısının alınmasında məsuliyyət daşıyır”-deyə, SEPAH generalı bələdiyyə başçısına xəbərdarlıq edib.

Qərbi Azərbaycan əyalətinin 37 min kvadrat kilometr ərazisi olduğunu və 36 min şəhid verdiyini vurğulayan general Türkiyədə təhsilin təbliğ olunmasının bu əyalətə və şəhərə yaraşmadığını iddia edib.  

“Urmunun bütün küçələrində Türkiyədə təhsil reklamları quraşdırılıb, bunun qarşısını almaq lazımdır”-, deyən general Türkiyəyə qarşı qəzəbini ifadə edib.

Qeyd edək ki, bir neçə ay bundan öncə adı çəkilən məsələ ilə bağlı geniş təbliğat kampaniyası başladılıb.

Hökumət nümayəndələri ilə yanaşı fars şovinist mərkəzləri, onların nəzarətində olan mətbuat orqanları Türkiyə universitetlərini gözdən salmaq üçün çox sayda yazılar yayınlayıblar.

Xüsusilə İranla Azərbaycan Respublikası arasında münasibətlərin gərginləşməsindən sonra Türkiyəyə qarşı əks-təbliğat və təxribat kampaniyaları genişlənib.  

C.E

بازارگرمی برای کشور همسایه وقتی دانشگاه ارومیه در ردیف دانشگاه‌های برتر  دنیاست - پایگاه خبری ـ تحلیلی اروم نیوز

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar