SON XƏBƏRLƏR

Qərbi Azərbaycan təhsil göstəriciləri üzrə İranda sonuncudur

2021.11.10, 08:30
Qərbi Azərbaycan təhsil göstəriciləri üzrə İranda sonuncudur

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Sepide Təyyib Qasimi açıqlama verib.

Əyalətin təhsil sahəsindəki problemlərindən danışan Sepide Təyyib Qasimi  bildirib ki, Qərbi Azərbaycan əyaləti təhsil göstəriciləri üzrə İranda 31 əyalət içində 29-cu yeri tutur.

O, hal-hazırda əyalətdə 134 kaneks (konteyner), 255 daşdan, 292 ağacdan qurulmuş qeyri-standart və məktəbin olduğuna diqqət çəkib, bu və başqa göstəricilərə görə əyalətin ən təhsil sahəsində siyahının ən sonlarında yer almasının təssüf doğurduğunu deyib.

تدوین سند توسعه فضاهای آموزشی با محوریت برقراری عدالت آموزشی در  آذربایجان‌غربی

“Hazırda ölkədə şagir başına düşən ortalama təhsil sahəsi 5,18 kvadratmetr, Qərbi Azərbaycanda isə ortalama təhsil sahəsi 4 kvadratmetrdir və adambaşına düşən təhsil sahəsinə görədə əyalət ölkə üzrə axırdan ikinci yeri tutur”-deyə, Təyyib Qasimi bildirib.

O, bununla yanaşı 5600 sinif otağının dağılmaq üzrə, istifadəyə yararsız olduğunu qeyd edib.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin başçısı Məhin Mənafi əyalətdə təhsil sahəsində hakim olan durumun qəbuledilməz olduğunu deyib.

Mənafi bu sahəyə əhəmiyyətli dərəcədə vəsait ayrılmadığını, ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5.7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bunun 1.7 təşkil etdiyini bildirib.

وزارت آموزش و پرورش

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar