SON XƏBƏRLƏR

Qərbi Azərbaycan adambaşına düşən idman sahəsinə görə sonuncu yerdədir

2022.07.05, 09:25
Qərbi Azərbaycan adambaşına düşən idman sahəsinə görə sonuncu yerdədir

Gunaz.tv

S.Bayrami hal-hazırda Qərbi Azərbaycanda adambaşna düşən idman sahəsinin 62 santimetr olduğunu, bununla da əyalətin bu göstəriciyə görə 31 ostan arasında 25-ci yeri tutduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə Qərbi Azərbaycanda idmana, özəlliklə kollektiv idman növlərinə diqqətsizlik İdman və Gənclər İdarəsinin, idmançıların və əhalinin etirazlarına səbəb olub.

Uzun illər öncə idman mərkəzlərinin tikintisi ilə bağlı bir çox layihələr dövlətin büdcə vəsaiti ayırmaması üzündən yarımçıq qalıb.

1996-cı ildə Xoy şəhərində inşasına başlanılan və 4 il müddətinə təhvil veriləcəyi nəzərdə tutulan “Həft Tir” idman kompleksinin tikintisi yarımçıq qalıb.

Hazırda kompleksin ərazisi narkomanların sığınacaq yerinə çevrilib.

Yerli fəallar və idmançılar 400 min nəfər əhalisi olan əyalətin ikinci böyük şəhəri Xoyda 5000 nəfərlik idman kompeksinin tikintisinin 26 il yarımçıq saxlanılmasını bölgə əhalisinə olan saymazlıq kimi dəyərləndiriblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar