SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda güclü qar yağdı, 182 kəndin yolları bağlandı- 3 nəfər itkin düşüb

2022.01.15, 14:08
Qərbi Azərbaycanda güclü qar yağdı, 182 kəndin yolları bağlandı- 3 nəfər itkin düşüb

Gunaz.tv

Ərsalan Şükri  yanvarın 14-dən 15-ə keçən gecədən yağan güclü qar və başlayan çovğun nəticəsində əyalətin 182 kəndinin yollarının bağlandığını və ətrafdan təcrid vəziyyətə düşdüyünü deyib.

O, Tikantəpə, Piranşəhr, Çaypara, Çaldıran, Xoy və Sayınqala bölgələrində qar yağışının daha güclü olduğunu bildirib.

Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başçısı Əmir Cəfərzadə “Silvana” dağ bazasının xilasedicilərinin hadisə yerinə göndərildiyini bildirib.

Onun sözlərinə görə, hava şəraitinin əlverişsiz olması itkin düşən üç nəfərin axtarışlarını nəticəsiz qoyub.

Ə.Cəfərzadə hadisənin dağlıq sərhəd bölgəsində baş verdiyini, itkin düşən şəxslərin qar uçqunu altında qaldıqları ehtimalının yüksək olduğunu qeyd edib.

Qeyd edək ki, Qərbi Azərbaycanla yanaşı Ərdəbil, Zəngan və Şərqi Azərbaycan əyalətlərində də güclü qar yağması nəticəsində yüzlərlə kəndin yolu bağlanıb, məktəblər tətil edilib və nəqliyyatın hərəkəti iflic olub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar