Qərbi Azərbaycan əyalətində həkim çatışmazlığı var

01.03.2022, 14:48

Qərbi Azərbaycan əyalətində həkim çatışmazlığı var. Bu barədə Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universiteti rektorunun müavini Nasir Məsudi açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

O, əyalətdə xüsusilə bir sıra tibb sahələrində, o cümlədən anestezioloq kimi sahələrdə ciddi kadr böhranı yaşandığını deyib.
Məsudi hal-hazırda Qərbi Azərbaycan əyalətində 300 anestezioloqa ehtiyac olduğu halda yalnız 30 mütəxəssisin oludunu və 270 həkimin çatışmadığını bildirib.

Tibb Elmləri Universiteti rektorunun müavini bölgələrdə də durumun yaxşı olmadığını, bəzi bölgələrdə yalnız bir mütəxssis həkimin çalışdığını qeyd edib.

Bundan bir müddət öncə Qərbi Azərbaycan əyalətinin Sərdəşt və Piranşəhr mahallarının İran parlamentindəki nümayəndəsi Kamal Hüseynpur əyalətin bir sıra bölgələrində tibb işçilərinin çatışmadığını deyib.

“Bölgədə adi bir anestezioloqun olmaması ucbatından cərrahi əməliyyata ehtiyacı olan insanlar günlərlə sərgərdan qalır və başqa şəhərlərə üz tutmağa məcbur olur”-deyə, millət vəkili bildirib.

Kamal Hüseynpurun sözlərinə görə, Sərdəşt və Piranşəhr mahallarında 125 min nəfər üçün 15 həkim fəaliyyət göstərir. 
O, bir sıra xəstəliklərlə bağlı 125 min nəfər üçün bir həkimin qulluq göstərdiyini, hətta on minlərlə əhali üçün bir nevroloqun belə olmadığını qeyd edib.

Hüseynpur deyib ki, adı çəkilən şəhərlərin əhalisi adicə iynə vurdurmaq üçün 300 kilometrə yol qət edərək mərkəzə getməyə məcbur olurlar.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24

gun az article

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək, Füzulidə inşa edilən məktəbin açılışına qatılacaq

2023-03-24

gun az article

Fransada etirazlarda 120-dən çox polis yaralanıb

2023-03-24

gun az article

Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib

2023-03-24