SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində minlərlə məktəblinin təhsili yarımçıq qalıb

2022.03.17, 05:25
Qərbi Azərbaycan əyalətində minlərlə məktəblinin təhsili yarımçıq qalıb

Gunaz.tv

O, stress, aqressiya, narkomaniya və ictimai problemlərin məktəblilər arasında da yayıldığını, intihar hallarının çoxaldığını bildirib.

Cəngi özəlliklə son iki il ərzində koronovirus məhdudiyyətlərinə görə yaranan problemlər və yoxsulluq üzündən təhsili tərk edən məktəblilərin sayının olduqca artdığını qeyd edib.

Bundan bir müddət öncə Baş Təhsil İdarəsinin keçmiş müdiri Məhin Məmafi son illərdə Qərbi Azərbaycan əyalətində 26 min məktəblinin təhsidən uzaqlaşdığını demişdi.

Mənafi buna səbəb kimi ictimai, iqtisadi problemləri göstərib və yoxsulluğun artması nəticəsində bir sıra uşaqların məcburi əməyə cəlb edildiyini vurğulayıb. Onun sözlərinə görə, uşaqların təhsildən uzaqlaşmasının əsas səbəblərindən biri də bu amildir.

Qeyd edək ki, bundan iki gün öncə Qərbi Azərbaycanın Rifah İdarəsinin başçısı Səid Fərivər əyalətdə çox sayda azyaşlının məcburi əməyə cəlb olunduğunu bildirib.

Səid Fərivər son vaxtlar başçılıq etdiyi idarənin 1411 məcburi əməyə cəlb olunmuş uşağı və 275 yaşamağa yeri olmayan azyaşlının qeydiyyata alındığını deyib.

Fərivər məcburi əməyə cəlb olunmuş uşaqların çxunluğunun ailələrinin iqtisadi çətinliklərinə görə təhsillərini yarımçıq qoyaraq əmək fəaliyyətinə cəlb olunduqlarını söyləyib.

Cavidan

 

جواد جنگی»، مدیر کل آموزش و پرورش استان آذربایجان غربی شد - فرهنگیان24

Cavad Cəngi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar