SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərində 6 etirazçı güllələnərək öldürülüb

2022.11.01, 09:21
Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərində 6 etirazçı güllələnərək öldürülüb

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərinin İran parlamentindəki nümayəndəsi Calal Mahmudzadə son 3 gün ərzində 6 nəfərin hökumət məmurları tərəfindən güllələnərək öldürüldüyünü deyib.

O, mediaya verdiyi açıqlamasında bu gün noyabrın 1-də məsələ ilə bağlı parlamentin Milli Təhlükəsizlik Komissiyasında müzakirə aparılacağını və Daxili İşlər Nazirliyindən qətli törədənlərin istintaqının nəticələri və qətlin törədilmə səbəbləri barədə sual verəcəyini söyləyib.

Qeyd edək ki, mərkəzi ofisi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı bu məlumatın dəqiq olmadığını və qeyd edilən müddətdə 16 nəfərin öldürüldüyünü qeyd edib.

Həmin təşkilatın oktyabrın 31-ə olan məlumatına görə, son 43 gün ərzində İranda hökumət qüvvələrinin 283 nəfəri öldürdükləri qeyd edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar