Qərbi Azərbaycanda daha bir xəstəxana koronavirus xəstələrinə ayrılıb

2020-06-19 13:48

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində vəziyyəti ağır olan koronavirus xəstələrinin sayının artması ilə daha bir xəstəxana COVID-19 virusuna yoluxanların müalicəsi üçün ayrılıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib.

 

 

Onun sözlərinə görə, Urmiyanın Taliqani xəstəxanasından əlavə Xomeyni xəstəxanasının da bir hissəsi koronavirus xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub.

Ağazadə əlavə edib ki, ehtiyac hiss olunduğu təqdirdə başqa xəstəxanaların da müəyyən bölümləri vəziyyəti ağır olan koronavirus xəstələrinin müalicəsi üçün ayrılacaq.

 

 

Qərbi Azərbaycan əyalətində 638 nəfər  koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 187 nəfərinin koronavirus testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 120 nəfər reanimasiya şöbəsində müalicə olur. Onlardan 40-i ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə əlavə edib.

 

 

Ağazadə qeyd edib ki, son 24 saatda 138 nəfər koronavirus şübhəsi ilə Qərbi Azərbaycan xəstəxanalarına yerləşdirilib.

 

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1358 nəfərə çatdığını bildirib. 

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 145 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1103 nəfərinin tam sağaldığını bildirib.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda koronavirusa yoluxan 13 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 96 nəfər  xəstəxanalarda müalicə alır,  onlardan 33 nəfəri reanimasiya şöbəsindədir.

 

 

Qeyd edək ki, iyunun 11-dən etibarən İranın Səhiyyə Nazirliyinin tətbiq etdiyi qadağadan sonra Güney Azərbaycanın əyalətlərinin səhiyyə xidməti məsulları koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı barədə məlumat verməkdən imtina edir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21