SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda işçilərin 95 faizinin əmək təhlükəsizliyi qorunmur

2021.10.21, 11:09
Qərbi Azərbaycanda işçilərin 95 faizinin əmək təhlükəsizliyi qorunmur

Gunaz.tv

Əli Səhranəvərd İşçilərin iş təhlükəsizliyinin təmin edilməməsinə toxunaraq, onların 95%-nın heç bir təminatlarının olmadığını deyib.

“Mövcud əmək qanunu işəgötürəni işçilərin işə götürülməsilə bağlı məhdud müddətə, hətta bir neçə günlük müqavilə bağlamaq ixtiyarı verir.

Buna görə də davamlı çalışan işçilərin müvəqqəti müqavilələrlə işə götürülmələrinə və iş təhlükəsizliyi təminatlarının olmamasına səbəb olur”-deyə, Səhranəvərd bildirib.

O, “İlna” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, bu günə kimi bu problemin aradan qaldırılması ilə iş üstünə gələn dövlətlərin heç biri əməli addım atmayıb.

Qərbi Azərbaycan İslam Əmək Şuralarının Koordinasiya Mərkəzinin katibi bundan öncə Həsən Ruhani hökuməti dövründə işçilər və işəgötürınlərin nümayəndələrinin iştirakı ilə bu sahədəki qaydaları təsdiq etmək və yazmaq məqsədilə bir neçə toplantının keçirildiyini, ancaq heç bir nəticə alınmadığını qeyd edib.

"Təəssüflər olsun ki, uzun illərdir işçilər əmək münasibətləri sahəsində dövlət məmurları və qanunverici orqanların laqeydliyi ucbatından əziyyət çəkirlər.

Məsələ ilə bağlı məsuliyyət daşıyan səlahiyyət yiyələri müvəqqəti məşğulluq və əmək bazarında mövcud olan pozuntulara son qoymaq istəmirlər"- deyə, o, işçilərin ən aşağı əmək haqqı qarşılığında çalışdıqlarını qeyd edib.

C.E
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar