SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda işsizlərin sayı açıqlandı

2021.11.06, 09:22
Qərbi Azərbaycanda işsizlərin sayı açıqlandı

Gunaz.tv

Məhəmməd Ümid Fərruxi mediyaya verdiyi məlumatda yay fəslinin sonuna kimi tərtib edilən hesablamalara əsasən hal-hazırda Qərbi Azərbaycanda işsizlik səviyyəsinin 9.5% olduğunu bildirib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyaləti İranda işsizlik göstərilərinə görə 17-ci yerdə dayanır.

O, işsizliyin və iqtisadi fəallığın azalmasında İran rəsmilərinin ənənəvi iddialarını təkrar edib.

Fərruxi əyalətdə işsizlik səviyyəsinin yüksək olmasını, iqtisadi fəallığın artmamasını İrana qarşı tətbiq edilən sanksiyalarla əlaqələndirib.

Qeyd edək ki, Sosial Rifah Baş İdarəsinin Sahibkarlıq və Məşğulluq bölməsinin müdirinin işsizlərin sayı iıə bağlı verdiyi statistika həqiqəti əks etdir.

Bundan öncə may ayında Qərbi Azərbaycan əyalətində işsizlərin sayı ilə bağlı verilən statistikada işsizlik səviyyəsi 13.3% göstərilib.

Bu müddət ərzində İranın əksər əyalətlərində olduğu kimi Qərbi Azərbaycanda da yeni müəssisələrin və iş yerlərinin açılması sahəsində irəliləyiş olmayıb.

Bundan öncə oktyabrın 28-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmunun Şəhər Şurasının Mədəniyyət Komissiyasının başçısı Gülşən Novruzi hökuməti şəhərlərə diqqət sahəsində ayrı-seçkilik etməkdə günahlandırıb.

 O, bildirib ki, Urmu şəhərində marginallaşma və işsizlik ən böyük problemlərdəndir. Gülşən Novruzi bildirib ki, sosial güzaranın ağırlığı gənclərin depressiyaya düşməsinə səbəb olur. 

C.E
 

سرمایه‌گذاری ۷ هزار میلیارد ریالی برای توسعه اشتغال در آذربایجان‌غربی

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar