SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda idmanın inkişafına vəsait ayrılmır: İdmançılar başqa əyalətlərə köçür

2021.10.20, 07:36
Qərbi Azərbaycanda idmanın inkişafına vəsait ayrılmır: İdmançılar başqa əyalətlərə köçür

Gunaz.tv

Urmu şəhərinin cümə imamı höccətül-islam Seyid Mehdi Qureyşi bununla bağlı əlaqədar qurumların və yerli məsulların fəaliyyətini tənqid edib.

Seyid Mehdi Qureyşi əlaqədar qurumların əyalətdə idman infrastrukturunun yenilənməsi, qurulması və kollektiv idman növlərinin dirçəldilməsi ilə bağlı məsuliyyətsizliyə yol verdiyini deyib.

O, əyalətdə kollektiv idman növləri üçün yetərli infrastrukturun olmadığını, bu problemin həlli istiqamətində tədbirlər görülmədiyini söyləyib.

Qərbi Azərbaycan əyalətinin İdman və Gənclər İdarəsinin başçısı Kiyomərs Purirandust da əyalətdə idman sahələrinin və mərkəzlərinin azlığından gileylənib.

O, hazırda Qərbi Azərbaycanda adam başına düşən idman sahəsinin 48 santimetr təşkil etdiyini, bunun bir çox əyalətlərlə müqayisədə olduqca az olduğunu bildirib.

Qeyd edək ki, voleybol idman növü Urmu şəhərində güclü inkişaf edib.  İran üzrə ən güclü voleybolçular əslən Urmudandır.

Urmunun voleybol komandası uzun illər boyu İranda və beynəlxalq səviyyədə keçirilən yarışlarda ilk yerləri tutub.

Ancaq son illər, başqa sahələrdə olduğu kimi bu sahəyə diqqətsizlik və vəsait ayrılmaması komandanın zəyifləməsinə, oyunçuların başqa əyalətlərin klublarına transfer etməsinə səbəb olub. 

C.E 
 

با همکاری فدراسیون بدنسازی و وزارت ورزش جام باشگاههای پاورلیفتینگ جهان را  به بهترین نحو میزبانی می کنیم

Kiyomərs Purirandust

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar