Qərbi Azərbaycan əyalətinin Xoy mahalının başçısı (fərmandar) Hüseyn Abbasının göstərişi ilə qədim “Kürdaşı” kəndinin adı dəyişdirilib.
Tarixi türkcə adı dəyişdirilərək “Kürd daşı” qoyulan kəndin sakinləri fərmandarın qərarına etirazlarını bildirib, qədim adın bərpasını tələb ediblər.
1854-cü ildə Berlində tərtib edilən “Kibert” xəritəsində və 1860-cı ildə tərtib edilən “Kaspické more” xəritəsində kəndin adı “Kürdaşı” kimi göstərilib.
C.E