SON XƏBƏRLƏR

"Qərbi Azərbaycanda kinoteatrların 80 faizi işləmir"-Əlirza Noruzi

2022.09.06, 10:45
"Qərbi Azərbaycanda kinoteatrların 80 faizi işləmir"-Əlirza Noruzi

Gunaz.tv

Kinoteatr binalarının təmir və yenidənqurmaya ehtiyacı olduğunu deyən Noruzi deyib ki, bunun üçün vəsait yoxdur.

Bir müddət öncə Qərbi Azərbaycan əyalətinin İncəsənət Mərkəzinin başçısı Əhəd Huşmənd əyalətdə mədəni mərkəzlərin, o cümlədən kinoteatrların tikintisi və təmirinə vəsait ayrılmadığını deyib.  

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin İncəsənət Mərkəzinin Kino İşləri üzrə məsulu Məsud Yekani əyalətdə istifadəyə yararlı kinoteatrların olmadığını deyib.

Onun sözlərinə görə, əyalət mərkəzi Urmu şəhərində yalnız iki kinoteatr fəaliyyət göstərir.

Qeyd edək ki, Qərbi Azərbaycanda ilk filmin nümayişi Xoy şəhərinin 315 yerlik “İran” kinoteatrında 1931-ci ilə təsadüf edir.

Bundan 30 il sonra, 1961-ci ildə Urmu şəhərində ilk kinoteatr fəaliyyətə başlayıb. 

Hal-hazırda əyalətdə mövcud olan bütün kinoteatrların yaşı 60-dan yuxarıdır və onların bir çoxu dağılmaq üzrədir.

İran Mədəniyyət Nazirliyi son 30 il ərzində Qərbi Azərbaycan əyalətində yeni kinoteatrların tikintisinə büdcə ayırmayıb.

Bununla yanaşı mərkəzi hökumət mövcud olan köhnəlmiş kinoteatrların təmirinə və bərpasına da vəsait ayırmaqdan imtina edib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar