Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 487 nəfərə çatıb

2020-07-05 16:23

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 487 nəfər koronavirusdan dünyasını dəyişib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Ağazadənin sözlərinə görə, ötən 24 saatda 141 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Bu isə İran əyalətləri arasında ən yüksək rəqəm olub.

 

 

Qərbi Azərbaycan əyalətində 832 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Onlardan 344 nəfərinin koronavirus testi pozitiv çıxıb.

“Hazırda İnfeksiyaya yoluxanlardan 168 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 52 nəfərin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.

 

 

Zəncan əyalətində isə son 24 saatda daha 45 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1822 nəfərə çatdığını açıqlayıb.

 

 

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 192 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1467 nəfərinin tam sağaldığını bildirib.

O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 570 nəfər xəstəxanalarda müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 29 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 180 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 33 nəfəri reanimasiya şöbəsindədir. 

Rzayi son 24 saatda 2 nəfərin koronavirusdan öldüyünü bildirib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.14.2020-QADINCA: Lobnan, İran və ermənistan münasibətləri

2020-08-15

gun az article

GünazTV Aug.14.2020: Azadlıq səsi: İrana qarşı silah embarqosunun məqsədi

2020-08-15

gun az article

Şərqi Azərbaycanda ağır yol qəzası baş verib

2020-08-14

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-14

gun az article

Evin zindanında saxlanılan milli fəallar: Dövlət televiziyasında yayımlanan reportaj gülünc və yalandır

2020-08-14

gun az article

Ərdəbil baş prokuroru siyasi məhbus Abbas Lisaninin məzuniyyətə buraxılmasına icazə verməyib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020-Sözümüz: Azərbaycan Kültürünə Qarşı Düşmənçiliklər

2020-08-14

gun az article

GünazTV Aug.13.2020- Düşünməyə Çağırı: Keçmişdən Günümüzə Qaşqayi Türkləri

2020-08-13

gun az article

Milli fəallar Abbas Lisaninin ailəsinə başsağlığı veriblər

2020-08-13

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-08-13

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 207 nəfər ölüb

2020-08-13

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti: Abbas Lisaninin məzuniyyət hüququ təmin olunmalıdır

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Rusların Korona vaksənləri nə qədər doğrudu, İranın Lobnan və məntəqədəki siyasətinin böhranları

2020-08-12

gun az article

Mərənddə 5 mindən çox balıq tələf olub + VİDEO

2020-08-12

gun az article

Saxlanılan milli fəal Cavad Ruhinəjad Qoşaçay həbsxanasına köçürülüb

2020-08-12

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-12

gun az article

Qərbi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-12

gun az article

Yerli məsulların xəyanəti nəticəsində Təbrizin fotoqrafiya muzeyi Tehrana köçürülür + VİDEO

2020-08-12

gun az article

Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib

2020-08-12

gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12