Qərbi Azərbaycanda koronavirusdan müalicə alanların sayında yeni rekord: 853 nəfər

2020-07-02 13:32

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 853 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə bu rəqəmin pandemiyanın başlanmasından bəri rekord göstərici olduğunu bildirib.

Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 328 nəfərinin koronavirus testi pozitiv çıxıb.

 

 

“İnfeksiyaya yoluxanlardan 49 nəfərin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.

O, vəziyyətin növbəti günlərdə daha da ağırlaşacağını bildirib.

 

 

Zəncan əyalətində isə son 24 saatda daha 48 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı haqqında məlumat verməsə də pandemiyanın başladığı gündən etibarən 5 min 365 nəfərin koronavirus şübhəsi ilə müalicə aldığını açıqlayıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 182 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1340 nəfərinin tam sağaldığını bildirib.

 

 

O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 590 nəfər xəstəxanalarda müalicə alır.

“Zəncanda hər gün orta hesabla 150-200 nəfərin koronavirus testi pozitiv çıxır, bunlardan 40-50 nəfəri vəziyyəti ağır olduğu üçün xəstəxanalara yerləşdirilir,” deyə Qızılbaş bildirib.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 21 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 139 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 30 nəfəri reanimasiya şöbəsindədir.

Rzayi son 24 saatda 1 nəfərin koronavirusdan öldüyünü bildirib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05