SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda nadir meşə ağacları kəsilir

2022.07.29, 10:14
Qərbi Azərbaycanda nadir meşə ağacları kəsilir

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin 50 kilometrliyində yerləşən məşhur "Cermi" dərəsində nadir meşə ağaclarının kəsilməsi ilə bağlı sosial media və çevrə fəalları paylaşımlar ediblər.

Onların bildirdiyinə görə, Sivana bölgəsində yerləşən Cermi meşəliyi Qərbi Azərbaycanın ən nadir təbiət abidələrindən olmasına baxmayaraq əlaqədar qurumlar tərəfindən qorunmur.  

Fəlların sosial mediada çox saylı paylaşımlarından sonra Qərbi Azərbaycan əyalətinin Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin başçısı Mirsəməd Seyid Musəvi məsələyə münasibət bildirməyə məcbur olub.

O, nadir meşə ağaclarının qırılmasının "mənfəətçi vətəndaşlar" tərəfindən qazanc əldə etmək niyyəti ilə həyata keçirildiyini deyib və məsuliyyəti başçılıq etdiyi idarənin üzərindən atmağa çalışıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar