SON XƏBƏRLƏR

SEPAH Qərbi Azərbaycana çoxlu sayda hərbi qüvvə toplayıb

2022.08.16, 06:31
SEPAH Qərbi Azərbaycana çoxlu sayda hərbi qüvvə toplayıb

Gunaz.tv

Məlumatda separatçı və müxalif qrupların İraqın şimalında yerləşən bazalarının artilleriya atəşinə tutulduğu qeyd olunub.

"Amerikanın səsi"nin fars bölümü "Komele" silahlı kürd təşkilatına istinadən bunu SEPAH-ın hərbi təlim keçirməsi ilə əlaqələndirib.

Bir sıra silahlı kürd təşkilatları isə SEPAH qüvvələrinin iki dəfə hücum əməliyyatına başladıqları, ancaq müqavimətlə üzləşdikləri üçün geri çəkildiklərini iddia ediblər.

Qeyd edək ki, iyulun sonlarında "Komele" kürd silahlı qruplaşması bir neçə üzvünün İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu bildirmişdi.

ETTELAAT isə, saxlanılan şəxslərin İsrailə casusluq etdiklərini, ölkənin strateji yerlərində partlayışlar törətməyə hazırlaşdıqlarını iddia etmişdi.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar