SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda sel fəlakəti: Yüzlərlə hektar əkin sahəsi məhv olub

2021.11.05, 12:12
Qərbi Azərbaycanda sel fəlakəti: Yüzlərlə hektar əkin sahəsi məhv olub

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Əmirabbas Cəfəri açıqlama verib.

O, bildirib ki, noyabrın 3-ü, günortadan sonra güclü yağış nəticəsində Soyuqbulaq mahalında baş verən sel və daşqınlar evlərə və təsərrüfatlara ciddi ziyan vurub.

Onun dediyinə görə, daşqın nəticəsində Soyuqbulaq şəhərində 75 ev xəsarət alıb, 500 hektar əkin sahəsi məhv olub və 35 avtomobili sel aparıb.

Cəfəri ilkin hesablamalara görə bölgəyə dəyən ziyanın ı 5 milyard tümən civarında olduğu təsbit edilib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, noyabrın 3-də Soyuqbulaq bölgəsinə 30 dəqiqə ərzində düşən yağış miqdarı 20 milimetr olub.

C.E
 

آمادگی ستاد مدیریت بحران آذربایجان غربی برای مقابله با مشکلات احتمالی سیلاب

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar