SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda təhsildən uzaqlaşan uşaqların sayı artıb

2021.12.21, 12:49
Qərbi Azərbaycanda təhsildən uzaqlaşan uşaqların sayı artıb

Gunaz.tv

Onun sözlərinə görə, son iki ildə koronavirus pandemiyası ilə əlaqədar və başqa səbəblərdən ümumilikdə 486 məktəbli təhsilini yarımçıq buraxıb. 

Seyid Əli Turabi məişət problemləri, qızların az yaşda ailə qurmağa məcbur edilməsi və uşaqların işə cəlb olunmalarının onların təhsildən qalmalarının əsas səbəbləri olduğunu deyib. 

Qeyd edək ki, Qərbi Azərbaycanda təhsil sahəsində olan problemlər, məktəb binaları və təhsil işçilərinin çatışmazlığı, məktəblilərin təhsili yarımçıq tərk etməyə məcbur olmaları barədə əyalətin təhsil məsulları dəfələrlə xəbərdarlıq ediblər.

Bundan öncə bu barədə rəsmi statistikalara istinad edərək Qərbi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Sepide Təyyib Qasimi açıqlama verib.

Əyalətin təhsil sahəsindəki problemlərindən danışan Sepide Təyyib Qasimi  bildirib ki, Qərbi Azərbaycan əyaləti təhsil göstəriciləri üzrə İranda 31 əyalət içində 29-cu yeri tutur.

CE

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar